Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 25 aprel 2023-cü il tarixli plenar iclasında giriş nitqi Hörmətli deputatlar!

0

Bildiyiniz kimi, Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyəti aprelin 18-dən 20-dək Polşa Respublikasında rəsmi səfərdə olmuşdur. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Polşa Respublikasının Prezidenti cənab Andjey Duda, Polşa Seyminin sədri xanım Elzbieta Vitek və Polşa Senatının sədri cənab Tomaş Qrodzki, habelə Polşa–Azərbaycan parlamentlərarası dostluq qrupunun, Seymin Avropa İttifaqı məsələləri üzrə komitəsinin üzvləri ilə görüşlər keçirilmişdir. Görüşlərdə Azərbaycanla Polşa arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunmuşdur. 

Dövlətlərarası əməkdaşlığın inkişafında parlamentlərin qarşılıqlı fəaliyyətinin rolu ilə bağlı məsələlər müzakirə edilmişdir.    

44 günlük Vətən müharibəsindən sonra bölgəmizdə yaranmış vəziyyət, işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işləri, bölgədə uzunmüddətli sülh yaradılması üçün dövlətimizin göstərdiyi səylər və Ermənistanın bu səylərə mane olmaq üçün törətdiyi təxribatlar, xüsusən mina terroru barəsində həmsöhbətlərimizə geniş məlumat verilmişdir. 

Hörmətli həmkarlar! 

Onu da qeyd edim ki, səfərin sonuncu günü, aprelin 20-də Varşava Universitetinin dəvəti ilə həmin təhsil ocağında mən məruzə ilə çıxış etdim. Azərbaycan dövlətçiliyinin inkişaf tarixi, xalqımızın zəngin mədəniyyəti və ənənələri, Azərbaycan dövlətinin daxili və xarici siyasəti, dünyada mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi töhfələr, beynəlxalq təşkilatların fəaliyyətində konstruktiv iştirakı və digər məsələlər barəsində fikirlərimi bölüşdüm. 

Hörmətli həmkarlar!

Hesab edirəm ki, nümayəndə heyətimizin Polşaya rəsmi səfəri uğurlu keçdi və bununla əlaqədar mən nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm.     

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir