Deputatlarımız Özbəkistana səfər edəcəklər

0

Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev və deputat  Malik Həsənov aprelin 26-da Daşkənd şəhərinə səfər edəcəklər.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Millət vəkilləri “Heydər Əliyev İli” çərçivəsində Daşkənd Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində təşkil olunacaq “Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı, qurucusu, Azərbaycan-Özbəkistan dostluq və strateji əməkdaşlığının əsasçısı” adlı beynəlxalq konfransda iştirak edəcəklər. 

Səfər çərçivəsində deputatlardan Cavanşir Paşazadə Milli Məclisin, Ağalar Vəliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA), Malik Həsənov isə MDB Parlament Assambleyasının xətti ilə Özbəkistan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq referendumunu müşahidə edəcəklər.

Səfər mayın 2-də başa çatacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir