Biləsuvarda dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb
Biləsuvarda partlayış nəticəsində dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb.
“Turanın səsi ” in məlumatına görə, Günay Əliyevanın meyiti xilasedicilər tərəfindən çıxarılıb.
Qeyd edək ki, bundan öncə onun iki övladı yaralı halda xilas olunmuşdu.
21:56
Biləsuvarda baş verən partlayış hadisənin bəzi təfərrüatları məlum olub.
“Turanın səsi ” in əldə etdiyi məlumata görə, hadisə şəhərin H. Əliyev prospektində yerləşən 5 mərtəbəli binada Nazilə Məmmədovaya məxsus mənzildə qeydə alınıb.
Belə ki, partlayış orada kirayədə yaşayan rayon sakini 1988-ci il təvəllüdlü Günay Əliyeva mənzilə daxil olan zaman baş verib. Həmin vaxt onun yanında övladları 2009-cu il təvəllüdlü F. Əliyeva və 2013-cü il təvəllüdlü Y. Əliyev də olub. Məlumata görə, hadisə vaxtı qadının həyat yoldaşı həyətdə olduğundan o, xəsarət almayıb.
Hadisədən sonra mənzil tamamilə dağılıb.
Xilasetmə tədbirləri nəticəsində ananın hər iki övladı ağır vəziyyətdə xilas edilərək, rayon xəstəxanasına aparılıblar.
Hazırda ananın axtarışları davam etdirilir.
20:19
Biləsuvarda partlayış baş verən binada axtarış-xilasetmə işləri aparılır.
“Turanın səsi ” in məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində 5 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində olub.
Partlayış nəticəsində binaya ziyan dəyib. İlkin məlumata görə, iki nəfər yaralı xəstəxanaya aparılıb.
19:49
Biləsuvarda binada partlayış olub.
“Turanın səsi ” in məlumatına görə, hadisə şəhər ərazisində yerləşən beşmərtəbəli binaların birində qeydə alınıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
İlkin məlumata görə, baş verən partlayışda 2 yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılıb. Rayon xəstəxanasının 4 təcili yardım briqadası hadisə yerinə cəlb olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI