Almaniya millisinin 1000-ci oyunundakı rəqibi açıqlanıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230425_004442.jpg)
Futbol üzrə Almaniya millisinin 1000-ci oyunundakı rəqibi açıqlanıb.
“Turanın səsi ” Almaniya Futbol Assosiasiyasının (DFB) rəsmi saytına istinadən məlumatına görə, Bundestim yubiley matçını Ukrayna yığmasına qarşı keçirəcək.
Bunu DFB-nin prezidenti Bernd Noyendorf və qurumun idman direktoru Rudi Feller də təsdiqləyiblər. Onlar qarşılaşmanın xeyriyyə xarakterli olacağını bildiriblər.
Qeyd edək ki, Almaniya – Ukrayna oyunu iyunun 12-də Bremendə keçiriləcək.