Yevlaxda həkimi öldürməkdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib

0

Yevlax rayonunda həkimi öldürməkdə təqsirləndirilən Daşqın Xəlilov, Fəxrid Allahverdiyev və Ramiz Məmmədovun cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Turanın səsi ” xəbər verir ki, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Xaliq Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası mayın 4-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin yanvarında Yevlax rayonunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü Ramiz Məmmədovun Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun evinə basqın etmələri, kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluqla əlaqədar adam öldürmə) maddəsi ittiham irəli sürülüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir