Milli Məclisin sədr müavini Adil Əliyev Fəxri konsul Otto Hauzerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

0

Aprelin 20-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Milli Məclisdə Azərbaycan Respublikasının Almaniyanın Baden-Vürttemberq Federal torpağında (Ştuttqart) Fəxri konsulu Otto Hauzerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Turanın səsi ” xəbər verir ki , qonaqları salamlayan Adil Əliyev Azərbaycan-Almaniya münasibətlərindən, ökələrimiz arasındakı dostluq əlaqələrindən bəhs edərək, iki ölkə arasında artan ticarət dövriyəsinin hər iki ölkənin maraqlarına uyğun olduğunu qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin Avropa İttifaqı ölkələri ilə, xüsusilə də Avropanın ən inkişaf etmiş ölkəsi olan Almaniya ilə səmimi dostluq münasibətlərinə əsaslanan qarşılıqlı əməkdaşlığı intensivləşdirməsi respublikamızın etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə səbəb olmuşdur. Azərbaycan-Almaniya münasibətləri son illərdə siyasi-iqtisadi mahiyyət kəsb etməklə yanaşı, humantiar, sosial, elm, təhsil, səhiyyə, idman, turizm, infrastruktur sahələrini də əhatə edərək, əməkdaşlığın dinamizmini daha da sürətləndirib. Dövlət başçımızın cari il martın 13-14-də Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verib. Vurğulanıb ki, Azərbaycan  Avropada enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan və Qərb ölkələrinin neft və qaz məhsullarına olan tələbatını yüksək səviyyədə təmin edən etibarlı tərəfdaşdır. 

Adil Əliyev Otto Hauzerə bölgədə post-münaqişə dövründə yaranmış vəziyyət barədə də məlumat verib, Ermənistanın hələ də sülh müqaviləsini imzalamadığını, bu prosesə əngəllər yaratdığını diqqətə çatdırıb.

Söhbət zamanı vitse-spiker Azərbaycan Respublikasının Baden-Vürttemberq Federal torpağında (Ştuttqart) Fəxri konsulu Otto Hauzerin fəaliyyət göstərdiyi 12 ilə yaxın müddət ərzində Azərbaycanla-Almaniya arasında əlaqələrin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. 

Görüş üçün minnətdarlığını ifadə edən Otto Hauzer, Fəxri konsul olaraq missiyasının başa çatdığını və Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, bundan sonra da ölkəmizlə sıx əlaqədə olacağını və hər zaman Azərbaycana haqq işində dəstək olmağa davam edəcəyini bildirib.

Görüşdə digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

⤵️

⤵️

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir