DİN-in mətbuat xidmətindən verilən məlumatlar (20.04.2023)
DİN-in mətbuat xidmətindən verilən məlumata görə ⤵️
- Aprelin 19-da ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
X X X
- Axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
X X X
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
X X X
- Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
X X X
- Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
X X X
Polis əməkdaşlarının aprelin 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
X X X
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 1,1 kiloqramdan artıq heroin, 14,4 kiloqramdan çox marixuana, 125 qram metamfetamin, 36 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
X X X
Aprelin 18-də gecə saatlarında Nəsimi rayonu ərazisindəki evlərdən birinə nəfəslikdən girən şəxsin ev sahibəsinin 100 manat pulunu və təqaüd kartını quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş Yevlax rayon sakini Ruslan Salmanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
X X X
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində aprelin 13-də Neftçala rayon sakininin bank kartından 2000 manat pul oğurlamaqda şübhəli bilinən əvvəllər oğlurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Samux rayon sakini Kristina Miraşiçenko müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
X X X
Polis Abşeron rayonunda hüquqpozmalara qarşı profilaktiki tədbirləri genişləndirib.
Abşeron Rayon Polis İdarəsi və tabeli polis bölmələri aprelin 19-da rayon ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Polis əməkdaşları tərəfindən hüquq pozuntularının profilaktikası — küçə ticarəti, avaralıq və dilənçilik, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər neqativ hallarla bağlı fəal iş aparılıb.
Tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 5 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, 1 ədəd avtomat silahı aşkarlanıb, narkotiklə əlaqəli cinayətlərə görə 5 nəfər, küçə ticarəti ilə məşğul olduqlarına görə 16, avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 12, xırda xuliqanlığa görə 8, xırda talamaya görə 3, antisanitariya və digər inzibati xəta tərkibi yaradan hallarla bağlı isə 374 fakt aşkar olunub.
Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 95 sürücü məsuliyyətə cəlb edilib. İnzibati xətalarla bağlı protokollar tərtib olunub, avtomobilinə qanunla qadağan olunan əlavə avadanlıqlar quraşdıran eləcə də konstruksiyasında dəyişiklik edən 11 sürücü müəyyən edilib.
Abşeron rayonunda xidmətin nümunəvi təşkili və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI