Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sumqayıt şəhərində vətəndaşları qəbul edib

0

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 20 aprel 2023-cü il tarixində Sumqayıt şəhərində, Nazirliyin Sumqayıt Regional Mərkəzinin binasında Sumqayıt şəhərinin və Qubadlı rayonunun sakinlərinin qəbulunu keçirib.

Bu barədəTuranın səsi nə FHN-ın mətbuat xidmətindən bildirilib.

Əvvəlcə, nazir K.Heydərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Mərkəzin binasındakı büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Sumqayıt şəhərinin və Qubadlı rayonunun sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir