DİN-in Mətbuat Xidmətindən verilən məlumatı

  • Sentyabrın 24-də və 25-də ölkə ərazisində qeydə alınan 113, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 69, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb.
    Sentyabrın 24-də saat 19 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini A.Bayramlı idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Saatlı rayon sakini Rəmziyyə Əhmədovanı vurub. Xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.
    Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Sentyabrın 24-də saat 22 radələrində Bərdə şəhəri ərazisində rayon sakini R.Balakişiyev idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən Ağdam rayon sakinləri A.İsmayılovu və həyat yoldaşı Röya İsmayılovanı vurub. Nəticədə qadın hadisə yerində ölüb, həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib.
Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sentyabrın 24-də saat 23 radələrində Abjşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Ə.Nəcəfov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini Elcan Qasımlını vurub və nəticədə piyada hadisə yerində ölüb.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Sentyabrın 25-də saat 12 radələrində Xızı rayonunun Yeni Yaşma kəndi ərazisində Bakı şəhər sakini M.Hacıyev idarə etdiyi “Land Rover” markalı avtomobillə yolun kənarında dayanmış Xaçmaz rayon sakini Süleyman Vəliyevi vurub. Nəticədə S.Vəliyev hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sentyabrın 25-də saat 21 radələrində Qusar rayonunun Lanqo qəsəbəsi ərazisində rayon sakinləri N.Kərimovun idarə etdiyi “VAZ-21099” və A.Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən A.Məmmədovun sərnişini, Quba rayon sakini Nəriman Əlixanov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 24-də saat 16 radələrində Hacıqabul rayonu ərazisində yerləşən postda “Khazar” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Yoxlama zamanı sürücü, Bakı şəhər sakini Qulam Məmmədovun həmin avtomobili narkotik vasitənin təsiri altında, həmçinin etibarnaməsiz və müddəti bitmiş sürücülük vəsiqəsi ilə idarə etməsi müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332-ci və 334-cü maddələri ilə protokol tərtib olunaraq Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilib.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan marixuana, heroin, 10 ədəd metadon, 18 ədəd tramadol, 6 ədəd klonazepam, 34 ədəd preqabalin həbləri, həmçinin beşbarmaq, bıçaq və dəmir dəyənək aşkar olunaraq götürülüb.


Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini olan azyaşlı bir qızın qızıl sırğasının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Qasımzadə və Gülüm Kamranlı müəyyən olunaraq saxlanılıblar. Araşdrma aparılır.

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə Bakı şəhər sakini A.Məmmədovanın boynundan qızıl boyunbağısının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zahir Gülməmmədov və Lənkəran rayon sakini Nahid Heydərov müəyyən olunaraq saxlanılıblar. Araşdrma aparılır.

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağsu rayon sakini Ş.Piriyevin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Babək rayon sakini Novruz İbrahimov saxlanılıb. Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir