Koreya Milli Assambleyasının üzvü Şəhidlər xiyabanını ziyarət ediblər

0

Azərbaycanda səfərdə olan Koreya-Azərbaycan parlamentlərarası  dostluq qrupunun sədri Suh Byonq-sunun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 20-də  Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azerbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov və digər rəsmi şəxslər müşayiət ediblər.

⤵️

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir