Milli Məclisin deputatı ATƏT PA-nın Büro iclasında iştirak edəcək
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün aprelin 22-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Tədbirdə ATƏT PA-nın fəaliyyəti haqqında məlumat dinləniləcək, qurumun Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, Demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitələrinin hesabatları və qətnamə layihələri təqdim ediləcək, inzibati və maliyyə məsələləri müzakirə olunacaq.
Səfər aprelin 25-də başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI