Azərbaycan nümayəndə heyəti zəlzələdən zərər çəkmiş Kahramanmaraşda olub

0

Bu gün Azərbaycan nümayəndə heyəti Türkiyənin zəlzələlərdən zərər çəkmiş Kahramanmaraş bölgəsində olub.

Turanın səsi ” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviterdə paylaşım edib.

Nümayəndə heyəti Kahramanmaraşda Azərbaycan hökuməti tərəfindən zəlzələdən zərər çəkənlər üçün qurulmuş çadır şəhərciklərinə baş çəkib və 360 çadırda ailələrə Ramazan bayramı münasibətilə yardımlar paylanılıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib ki, bu müddət ərzində daimi olaraq yardımlar davam edib, yenə də davam edəcək. Eyni zamanda zəlzələdən zərər çəkmiş insanlar üçün Azərbaycanın dəstəyi ilə evlərin tikilməsi üçün işlər də başlayır. Nümayəndə heyəti tikinti üçün ayrılmış yerə də baş çəkib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir