29 ukraynalı uşaq Azərbaycana gətirilib

0

Valideynlərindən birini itirmiş daha bir qrup ukraynalı uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə uşaq düşərgələrinə yerləşdiriləcək.

Uşaqlar Bakı və Qəbələ şəhərlərində təşkil olunan 15 günlük düşərgədə sosial reabilitasiya keçəcəklər.

Düşərgə iştirakçıları ingilis dili kursları vasitəsilə dil biliklərinin artırılması imkanı da əldə edəcəklər.

Bu müddət ərzində uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə tarixi yerlərə, həmçinin muzeylərə ekskursiyalar təşkil olunacaq, müxtəlif mövzuda komanda işləri görüləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir