Zelenski Rusiya millisinin sabiq futbolçularına qarşı sanksiya tətbiq edib

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya millisinin sabiq futbolçularına qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.

Turanın səsi ” xəbər verir ki, Ukrayna prezidentinin rəsmi saytında dərc olunan fərmanda ümumilikdə 87 nəfərə qarşı sanksiya tətbiq olunduğu yazılıb.

Həmin şəxslər arasında İqor Akinfeyev, Yuri Qazinski, Diniyar Bilyaletdinov və Veniamin Mandrikin kimi tanınmış veteran futbolçular da var.

Onların Ukraynaya daxil olmaları, bu ölkədə bizneslə məşğul olmaları və orada daşınmaz əmlak almaları qadağan edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir