XİN başçısı: “Türkiyə yumşaq və sərt gücdən balanslı istifadə etməklə böyük siyasi aktor olub”
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230415_195054.jpg)
“Türkiyənin artıq həm sərt, həm də yumşaq gücü var. Biz bu güclərimizdən balanslı, yerli-yerində istifadə etməklə böyük siyasi aktor olmuşuq”.
“Turanın səsi ” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada vətəndaşlarla görüşündə deyib.
O bildirib ki, Türkiyə təsir gücünü daha da genişləndirməyə, şanlı türk bayrağını dünyanın ən yüksək zirvələrində dalğalandırmağa davam edəcək.
Çavuşoğlunun sözlərinə görə, Türkiyə bütün sahələrdə təşəbbüskarlıq göstərir:
“Biz koronavirus pandemiyası dövründə bütün ölkələrə kömək etməyə çalışdıq. Ona görə də ölkəmizdə baş verən zəlzələdən sonra dünya ölkələri bizə dəstək oldular”.