Deputat: “Bu gün televiziya kanallarında peşəkar xəbər verə bilən aparıcılar çox azdır”

0

“Bu gün ölkədə fəaliyyət göstərən televiziya kanallarında peşəkar xəbər verə bilən, yaxşı çatdıran, üslubu olan aparıcılar çox azdır”.

Turanın səsi ” xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, xəbərlərin effektinə fikir verilmir:

“Xəbər bizə ya çox soyuq, ya da hay-küylü çatır. Şuralar bədii şuralar kimi işləmir. Yəni, özlərini doğrultmurlar. Bu səbəbdən də yayım şurası həvəsdən düşür və nəzarət icraçıların əlinə keçir”.

N.Cəfərov həmçinin vurğulayıb ki, teleserialların keyfiyyətli çəkilməsi çox önəmlidir: “Çünki teleseriallar keyfiyyətli olmadıqca xalqın nitqi də düzəlməyəcək. Teleseriallar qədər xalqa təsir edən sənət növü yoxdur. Azərbaycanda aktyorların əksəriyyəti danışa bilmir. Düzdür, aktyorun görünüşü gözəl olmalıdır, onun yaraşığını da xalqın yaraşığı kimi qəbul edirik. Aktyorun görünüşünün yaxşı olması televiziyanın peşakarlığı deməkdir. Ancaq gərək nitq də peşəkar olsun. Bəzən gözəllik, obraz var, amma nitq kələ-kötürdür. Çünki ən azı 3-4 kitab oxuyub. Hansı kitabları oxuması da bəllidir”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir