Vitse-spiker Adil Əliyev Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb

0

Aprelin 13-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Adil Əliyev Azərbaycanda gəncliyə dövlət səviyyəsində göstərilən böyük qayğıdan söz açıb. O, bildirib ki, Milli Məclis də öz fəaliyyətində gənclər siyasətinə xüsusi önəm verir, parlamentin Gənclər və idman komitəsi gənclərin, idmançıların qayğılarını diqqətdə saxlayır.

Vitse-spiker gənclər və idman kontekstində dövlət qurumları, federasiyalar, klublar və vətəndaş cəmiyyəti institutları arasında koordinasiyalı əlaqələrin əhəmiyyətini qeyd edərək bildirib ki, vətəndaşların mövqeyinin və maraqlarının qorunması baxımından Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın fəaliyyəti diqqətəlayiqdir.

COVİD-19 pandemiyasının bütün sahələr kimi gənclər və idman sahəsində də durğunluq yaratdığını, ləngimələrə səbəb olduğunu deyən Gənclər və idman komitəsinin sədri fəallığın artırılmasının vacibliyini vurğulayıb.

Gənclər və idman siyasətinin Azərbaycan dövlətinin prioritetlərindən biri olduğunu vurğulayan Adil Əliyev gənclərimizin fiziki cəhətdən sağlam, vətənpərvər ruhda yetişməsində idmanın, bədən tərbiyəsinin kütləviliyinin rolunu xüsusi qeyd edib.

O, vurğulayıb ki, məhz Prezident İlham Əliyevin Ulu Öndərin yaratdığı təməllər üzərində yürütdüyü gənclər və idman siyasəti sayəsində həm mənəvi, həm də fiziki cəhətdən sağlam yetişən gənclər 44 günlük Vətən müharibəsində rəşadətlə döyüşərək Qələbəmizin qazanılmasına böyük töhfə veriblər.

Görüş üçün təşəkkürünü bildirən Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Azər Əliyev diqqətə çatdırıb ki, ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir. İctimai Şuranın fəaliyyəti barədə məlumat verən qonaq könüllülük prinsipinin əhəmiyyətini qeyd edib və Azərbaycan gənclərinin üzərinə düşən məsuliyyətdən danışıb.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə qarşılıqlı fikir mübadilə aparılıb. 

⤵️

⤵️

⤵️

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir