Kanada Qarabağda minatəmizləmə işlərinə 400 000 dollar ayırıb
Kanada dövləti Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə sahəsinə öz töhfəsini verəcək.
“Turanın səsi ” xəbər verir ki, Kanada dövləti tərəfindən Qarabağda minatəmizləmə işləri üçün 400 000 dollar vəsait ayrılıb.
Vəsaitin ayrılması barədə qərar Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) təşəbbüsü ilə verilib.