DİN-in mətbuat xidmətinin məlumatı
- Sentyabrın 22-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 71, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
- Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.
Sentyabrın 22-də saat 18 radələrində Şabran rayonunun Aygünlü kəndi ərazisində şəhər sakini Q.Seyidovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Sumqayıt şəhər sakini X.Haşimovanın idarə etdiyi “Chevrolet” markalı avtomobil toqquşub. Nəticədə mikroavtobusun sürücüsü və 4 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Aqil Ələkbərov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.Sentyabrın 22-də saat 17 radələrində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində Ağsu rayon sakini C.Kərimlinin idarə etdiyi “QAZel” və Mollaməhərrəmli kənd sakini E.Məmmədovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub. Nəticədə “Daewoo” markalı avtomobildəki sərnişin Rahilə İmamalıyeva hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə istifadə etməkdə və qanunsuz olaraq saxlamaqda şübhəli bilinən rayon sakini Nizami İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı isə oradan “AKM” markalı avtomat silahı da götürülüb. Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanılıb .
“TURANIN SƏSİ” Təsisçi və baş redaktor : Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09