Dövlət Sosial Müdafiə Fondunun kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edib

Dövlət Sosial Müdafiə Fondunun kollektivi İkinci Şəhidlər xiyabanında Ermənistan silahlı qüvvələrinin təxribatının, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş hərbi təhlükənin qarşısının alınması zamanı canından keçmiş şəhidlərimizi yad edib, məzarları üzərinə gül dəstələri qoyub. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb.
Dünya hərb tarixinə qızıl hərflərlə yazılan misilsiz döyüş taktikası, cəsarət, şücaət nümayiş etdirərək şəhid olmuş qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir