Vahid Əhmədov: “Dərmanların qiymətlərinin baha olması ciddi problemlərdən biridir”

0

“Bizdə belə bir məlumat var idi ki, hökumət dərman vasitələrinin qiymətləri ilə əlaqəli xüsusi layihə hazırlayır. Lakin uzun müddət keçməsinə baxmayaraq həmin layihə barədə hələ də heç bir məlumat yoxdur. Çünki dərmanların qiymətlərinin baha olması ciddi problemlərdən biridir”.

Turanın səsi ” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin aprelin 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputat həmkarının dediklərinə cavab olaraq bildirib ki, tək dərmanların qiyməti yox, eləcə də keyfiyyəti, əlçatanlığı və bu sahədə olan digər problemlərlə bağlı Səhiyyə Nazirliyi və hökumət birlikdə sənəd üzərində iş aparır:

“Sənədin hazırlanması ilə bağlı işlər artıq başa çatmaq üzrədir. Güman edirəm ki, yaxın vaxtlarda belə sənədi görəcəyik. Bununla da dərman vasitələri ilə bağlı mövcud olan problemlərin həlli nəzərdə tutulur”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir