Başqa ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməyəcək
Azərbaycanda başqa ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməməsinə dair layihə qəbul edilib.
“Turanın səsi ” in xəbərinə görə, bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna yeni 20-3.5-ci maddə əlavə edilib.
Yeni maddəyə əsasən, kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.
Qanuna təklif olunan digər dəyişikliklə isə səlahiyyətli orqan kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə biləcək.
Dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda qəbul edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI