ATƏT sədri Azərbaycana gəlir

0

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Cənubi Qafqaz regionuna səfər edəcək.

Turanın səsi ” xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb. 

Bildirilib ki, aprelin 10-13-ü aralığında Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək ATƏT sədri burada hökumət rəsmiləri, parlamentarilər, vətəndaş cəmiyyəti nümayəndələri və digər şəxslərlə görüşəcək.

“Səfər çərçivəsində ATƏT ilə Gürcüstan, Azərbaycan və Ermənistan arasında əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq vasitəsilə sülh və sabitliyin təmin edilməsi məsələləri müzakirə olunacaq”, – ATƏT-dən qeyd olunub. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir