Türkiyənin səhiyyə naziri bu gün Azərbaycana səfər edəcək
Türkiyənin səhiyyə naziri Fahrettin Koca sentyabrın 22-23-də Azərbaycanda səfərdə olacaq.
Məlumata görə, nazir Türkiyə-Azərbaycan səhiyyə-biznes forumunda iştirak edəcək. F.Kocanın Azərbaycanda habelə bir sıra rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub.
Nazir səfərinin ikinci günü Şuşa şəhərinə gedəcək.
Qeyd edək ki, Bakıda Türkiyə-Azərbaycan səhiyyə-biznes forumu və sərgisinin keçirilməsi planlaşdırılır.