DİN-in mətbuat xidmətindən verilən məlumatlar (03.04.2023)

0

DİN-in mətbuat xidmətindən verilən məlumata görə ⤵️

Aprelin 1-də və 2-də ölkə ərazisində qeydə alınan 87, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

× × ×

Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

× × ×

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 26-da Bakı şəhər sakini F.Həsənovun pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Şahverdiyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

× × ×


Oğurluq

Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində yerləşən camaşırxanaların birində orada işləyən Abşeron rayon sakininin mobil telefonunu və içərisində 1100 manatı, bank kartları, sənədləri olan cüzdanını oğurlamaqda şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş Xəzər Lalayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

× × ×


Oğurluq

Martın 28-də və 30-da bir vətəndaşın 9845 manatının, digər vətəndaşın isə 9900 manatının bank hesablarından oğurlanması barədə polisə məlumatlar daxil olub.

Bu barədə “Turanın səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Anar Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

× × ×



DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nəqliyyat vasitələrinin qaçırılması halları ilə bağlı əhaliyə

M Ü R A C İ Ə T İ

Ötən il respublika üzrə qaçırılan nəqliyyat vasitələrinin sayı 2021-ci illə müqayisədə 14 fakt azalaraq 181-ə qarşı 167 olmuş, görülən tədbirlər nəticəsində onlardan 164-ü isti izlərlə tapılmışdır. Respublikanın rayonlarında qaçırılan 73 avtomobildən 72-si, Bakı şəhəri üzrə qaçırılan 94 avtomobildən 92-si tapılmışdır.

Nəqliyyat vasitələrinin qaçırılması hallarına qarşı aparılan mübarizə tədbirlərinin statistikası uğurlu nəticələrdən xəbər versə də, təhlillər göstərir ki bu qəbildən olan hüquqpozmaların baş veməsinə münbit şərait yaradan bir sıra amillər də mövcuddur. Belə ki, bu növ cinayətlərin obyekti əsasən sutkanın qaranlıq vaxtı yaşayış zonalarından kənarda, işıqlandırılmayan yol sahələrində saxlanılan, səsli həyəcan siqnalı ilə təchiz edilməyən, kilit sistemi zəif olan, habelə asan hərəkətə gətirilən (əsasən Rusiya Federasiyasının istehsalı olan, eləcə də istehsal ili köhnə olan) nəqliyyat vasitələri olur ki, bu da sonradan xoşagəlməz nəticələrə gətirib çıxarır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə müraciət edərək​ onları bu kimi cinayətlərin qarşısının alınması, eləcə də əmlakın hüquqazidd əməllərdən qorunması üçün nəqliyyat vasitələrini park edərkən, yaxud dayanma-durma zamanı yuxarıda göstərilən hallara diqqət yetirməyə çağırır.


Mubariz Aqayev

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir