DİN-in mətbuat xidmətinin məlumatı

0
  • Sentyabrın 20-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

  • Sentyabrın 20-də saat 21 radələrində Qaradağ rayonunun Yeni Ələt qəsəbəsi ərazisində qəsəbə sakini M.Məlikov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Salman Sadıqovu vurub və nəticədə piyada ölüb.
    Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Bakıxanov qəsəbəsi ərazisində bir mağazadan 1400 manat dəyərində avtomobil ehtiyat hissəsi, bir köşkdən 60 manat pul, 523 manat dəyərində tütün məmulatı və enerji içkiləri, bir evin zirzəmidən isə 2 ədəd velosiped, 2 ədəd skuter, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Əliyev saxlanılıb. Araşdırma aparılır.


Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Günəşli qəsəbəsi ərazisindəki mağazaların birindən 200 manat pul, 80 manat dəyərində tütün məmulatı və oradakı ödəmə terminalını sındırılmaqla 2111 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Murad Abdullayev və Tural Əbilov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir