Vəfat etmiş Vətən müharibəsi qazisi torpağa tapşırılıb – YENİLƏNİB

Vətən müharibəsi qazisi, sentyabrın 18-də vəfat etmiş I qrup əlil Elnur Səmədov Bakıda dəfn olunub. 

TURANIN SƏSİ” xəbər verir ki, mərhum Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, yaylım atəşi açılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin nümayəndələri, qazinin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, E.Səmədov 2020-ci ildə Vətən müharibəsində iştirak edib və oktyabrın 25-də Qubadlı istiqamətində ayağından yaralanıb.

Doqquz aydır leykoz xəstəliyindən əziyyət çəkən E.Səmədov sentyabr ayının 18-də Türkiyənin İstanbul şəhərində müalicə alan zaman vəfat edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir