Türkdilli ölkələr arasında iqtisadi-ticari əlaqələr ildən-ilə genişlənir

0

Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü yeni dünya nizamının formalaşması fonunda diqqət çəkir. 

Turanın Səsi ” xəbər verir ki , bu barədə -ADPU-nun rektor müşaviri Ümid Mehdiyev deyib .

Onun sözlərinə görə Azərbaycan TDT-yə üzv dövlətlər arasında münasibətlərin inkişafına xüsusi önəm verir, Türk dünyası birliyinin güclənməsini daim diqqətdə saxlayır. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması da bunun bariz ifadəsidir. Prezident İlham Əliyev TDT-nin hər zaman möhkəmlənməyə zəruri ehtiyacı olduğunu çıxışlarının birində xatırladaraq, bu istiqamətdə Azərbaycan tərəfindən bir çox tədbirlər keçirildiyini vurğulayıb, hazırda da bu istiqamətdə birləşmiş şəkildə gələcəyə doğru addımlar atıldığını bildirib.

Təşkilatda təmsil olunan ölkələr arasında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri qurulub. İndiyədək vaxtaşırı iqtisadi münasibətlər çərçivəsində bu birliyə üzv dövlətlərin müvafiq qurumlarının yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum gerçəkləşdirilib. Bu görüşlər və biznes forumlarda quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub. O cümlədən, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar müsbət nəticələrlə diqqət çəkib.

Təşkilatın fəaliyyətində siyasi əlaqələrlə yanaşı, türkdilli dövlətləri bir-birinə bağlayan iqtisadi əməkdaşlıq da mövcuddur. Təqdirəlayiq haldır ki, türkdilli ölkələr arasında iqtisadi-ticari əlaqələr ildən-ilə genişlənir. Azərbaycanın türkdilli dövlətlərlə genişlənən əlaqələri müvafiq strateji tərəfdaşlıq haqqında bəyannamələr əsasında həyata keçirilir. Bütün bunların təməlində isə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi təşəbbüsləri dayanır.

Qeyd edək ki, bu gün Türkiyə 761,4 milyard, Qazaxıstan 181,7 milyard, Özbəkistan 57,9 milyard, Azərbaycan 48 milyard, Türkmənistan 48 milyard və Qırğızıstan 8,5 milyard dollar nominal ÜDM-ə malikdir. Bu, kifayət qədər böyük həcmdir. Türk dünyası ölkələrinin tarixi İpək yolu üzərində yerləşməsi onların Şərq və Qərb arasında artmaqda olan ticarət dövriyyəsində də önəmli rola malik olmağa şərait yaradır. Statistik göstəricilərə əsasən, Çin və Avropa ölkələri arasındakı ticarət dövriyyəsi günlük 1 milyard ABŞ dollarının üzərindədir. Türk dünyası ölkələrinin bu mühüm ticarət yolu üzərində yerləşməsi TDT-nin regionda iqtisadi gücə çevrilməsinə şərait yaradır.

TDT-yə daxil olan ölkələr arasında xarici ticarət əməliyyatlarının həyata keçirilməsində Türkiyə Cümhuriyyəti 84 faiz ilə ilk sırada yer alır. Türkiyə Cümhuriyyətinin siyahıda ilk sırada olması enerji ticarətinin dövriyyəsi ilə əlaqədardır. Belə ki, Azərbaycanın enerji məhsulları ixracında Türkiyə TDT ölkələri arasında yüksək paya malik yeganə dövlətdir. Azərbaycanın təbii qaz ixracının 17 faizii, xam neftin isə 1 faizi Türkiyə Cümhuriyyətinə ixrac edilir. Bu iqtisadi əlaqələri daha da genişləndirmək üçün Bakı–Tbilisi–Qars dəmir yolu xətti, eləcə də digər türkdilli ölkələrin də qoşula biləcəyi TANAP qaz kəməri kimi daha geniş şərait gerçəkləşib. Türkiyə ilə Azərbaycan arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi də yüksəlməkdədir. Respublikamızın qeyri-neft ixracına liderlik edən pambıq və kimya sənayesi məhsullarının böyük hissəsi qardaş ölkəyə ixrac edilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir