“ASAN XİDMƏT ” də duyğulu və qürurverici anlar yaşanıb
Sumqayıt şəhər 1 saylı regional “Asan xidmət” mərkəzində baş vermiş maraqlı anları “turanın səsi ” sizlərlə bölüşür .
Belə ki , övladının xarici passportunu dəyişmək məqsədi ilə “Asan xidmət “ə gedən bir ailə danışır :
Övladım əqli və fiziki qüsurludur .”Asan Xidmət “ə daxil olduğumuz andan bizimlə çox səmimi , gulərüz davrandılar . İşimizin tez bitməsi üçün hər kəs hərəkətə keçdi . Qızım atasının qucağında yatmışdı . Təbii ki , Passporta şəkil çəkdirmək üçün oyaq olmalı idi . Gecəni yatmdığından onu oyandırmaq nə qədər qəliz olacağını bilirdim. Dəfələrlə yuxudan oyatmaq üçün cəhd etdiyimi görən “Asan xidmət” in işçisi , siz narahat olmayın biz onu oyadacağıq dedi və fotonun çəkildiyi yerə dəvət etdi .
Sizə təqdim etdiyim fotonu da qızımın böyük bacısı kənardan təsadüfən öz telefonu ilə çəkib. Fotodan göründüyü kimi xidmətin işçisiləri uşaqın kameraya baxması üçün əllərindən gələni edirlərdi hətda deyim ki , güldürməyi belə bacardılar . Kimi adıyla çağırır , kimi telefonda musiqi qoyur , hətta mahnı oxuyub əzizləyən də oldu . Çox qısa zamanda passporta tələb olunan fotonu çəkməyə nail olurlar . Bu da onların necə peşəkar olduqlarının sübutudur deyərdim.
Evə gəldiyimiz zaman qızım mənə çəkdiyi şəkli göstərəndə həmin an qəhər məni boğdu . Təsadüfən bir uşaq tərəfindən düşünmədən , bacımı çəkirəm məqsədi ilə çəkilən bir şəkilin bu qədər mənalı , təsirli olacağını bilməzdım . Buna sadəcə Təsadüfdən doğan zərurət deyərdim .
Mən Sumqayıt şəhər 1 saylı regional “Asan Xidmət ” in rəhbəri başda olmaqla , bizə yuksək səviyyədə xidmət göstərən , eyni zamanda hörmət edən , vəzifə borclarını vicdanla, layiqincə icra edən , əziyyətimizi çəkən hər kəsə dərin təşəkkürümü bildirirəm . Fürsətdən istifadə edib Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm . Bayramınız mübarək !
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09