Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulub

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Turanın səsi ” in məlumatına görə, bununla da 1/4 finalın bütün iştirakçıları bəlli olub.

Son olaraq, İngiltərənin “Vest Hem”, Fransanın “Nitsa”, Niderlandın “AZ Alkmaar” və Belçikanın “Anderlext” komandaları növbəti raunda vəsiqə qazanıblar.

UEFA Konfrans Liqası
1/8 final, cavab oyunları
16 mart

00:00. “Nitsa” (Fransa) – “Şerif” (Moldova) – 3:1
Qollar: 
Qaetan Labord, 30. Terem Moffi, 53. Bilal Brahimi, 79 – Abdul Tapsoba, 54
İlk oyun – 1:0

00:00. “Vest Hem” (İngiltərə) – AEK (Larnaka, Kipr) – 4:0
Qollar: 
Canluka Skamakka, 21. Carrod Bouen, 47; 49. Divin Mubama, 65
Qırmızı: Qustavo, 44 (AEK)
İlk oyun – 2:0

00:00. “Vilyarreal” (İspaniya) – “Anderlext” (Belçika) – 0:1
Qol: 
İslam Slimani, 73
İlk oyun – 1:1

00:00. “AZ Alkmaar” (Niderland) – “Latsio” (İtaliya) – 2:1
Qollar: 
Yesper Karlsson, 28. Vangelis Pavlidis, 62 – Felipe Anderson, 21
İlk oyun – 2:1

00:46

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə yüksələn növbəti komanda bəlli olub.

Turanın səsi ” in məlumatına görə, 1/8 finalın cavab oyununda Slovakiyada “Slovan”a qalib gələn İsveçrə “Bazel”i adını növbəti raunda yazdırıb.

Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. İlk matçda da eyni hesab qeydə alındığı üçün əlavə vaxt oynanılıb. Burada da tarazlıq pozulmadığından penaltilər seriyasına keçilib. 11 metrlik cərimə zərbələrini daha dəqiq (4:1) yerinə yetirən qonaqlar mərhələ adlayıblar.

Qeyd edək ki, daha əvvəl Belçikanın “Gent”, İtaliyanın “Fiorentina” və Polşanın “Lex” komandaları 1/4 finala vəsiqə qazanıblar.

23:46

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin daha 2 iştirakçısı bəlli olub.

Turanın səsi ” in məlumatına görə, Türkiyə təmsilçisi “Sivasspor” evdə İtaliyanın “Fiorentina” klubuna 1:4 hesabı ilə uduzaraq avrokuboklarla vidalaşıb. Qonaqlar isə adını növbəti mərhələyə yazdırıb.

“Fiorentina”dan başqa, Polşanın “Lex” komandası da 1/4 finala yüksəlib.

Slovakiyada “Slovan” və İsveçrə “Bazel”i arasında keçirilən matçda isə ümumi hesab bərabər olduğundan əlavə vaxt oynanılır.

UEFA Konfrans Liqası
1/8 final, cavab oyunları
16 mart

21:45. “Sivasspor” (Türkiyə) – “Fiorentina” (İtaliya) – 1:4
Qollar: 
Erdoğan Yeşilyurt, 35 – Artur Kabral, 44. Nikola Milenkoviç, 62. Dimitrios Qutas, 78 (avtoqol). Qaetano Castrovilli, 89
Qırmızı vərəqə: Hakan Arslan, 81 (“Sivasspor”)
İlk oyun – 0:1

21:45. “Yurqorden” (İsveç) – “Lex” (Polşa) – 0:3
Qollar: 
Filip Marxvinski, 77. Nika Kvekveskiri, 90+1. Mixal Skuras,90+2
Qırmızı vərəqə: Markus Danielsson, 44 (“Yurqorden”)
İlk oyun – 0:2

21:45. “Slovan” (Slovakiya) – “Bazel” (İsveçrə) – 2:2 (PENALTİLƏRDƏ – 1:4)
Qollar: 
Malik Abubakari, 11. Yuray Kuçka, 17 – Rikkardo Kalafyori, 53. Zeki Amduni, 90+3
İlk oyun – 2:2

00:00. “Nitsa” (Fransa) – “Şerif” (Moldova)
İlk oyun – 1:0

00:00. “Vest Hem” (İngiltərə) – AEK (Larnaka, Kipr)
İlk oyun – 2:0

00:00. “Vilyarreal” (İspaniya) – “Anderlext” (Belçika)
İlk oyun – 1:1

00:00. “AZ Alkmaar” (Niderland) – “Latsio” (İtaliya)
İlk oyun – 2:1

Qeyd edək ki, daha əvvəl Belçika “Gent”i adını 1/4 finala yazdırıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir