İranda baş verən zəlzələ Naxçıvanda hiss olunub – YENİLƏNİB
İran ərazisində zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Qeyd olunub ki, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.
Maqnitudası 5,5, dərinliyi isə 10 km olan təkanlar Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.
15.51
Naxçıvan Muxtar Respublikasında zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki, yeraltı təkanlar saat 15:47 radələrində qeydə alınıb.
Təkanlar 10-15 saniyə davam edib.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI