Çempionlar Liqası: “Portu” və “Leyptsiq” sensasiya etməyə çalışacaqlar

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsi davam edir.

Turanın səsi ” in məlumatına görə, bu gün cavab oyunları çərçivəsində daha iki görüş keçiriləcək.

“Portu” Portuqaliyada İtaliya təmsilçisi “İnter”i qəbul edəcək. İlk matçda Milanda 0:1 hesabı ilə məğlub olan “əjdahalar” bunun revanşını almaq iddiasındadırlar.

Digər qarşılaşmada turnirin favoritlərindən sayılan İngiltərə klubu “Mançester Siti” meydana çıxacaq. “Şəhərlilər” səfərdə müqavimətini qıra bilmədiyi Almaniya “Leyptsiq”ini doğma arenasında sınağa çəkəcək. “Portu” kimi, “Leyptsiq” də sensasiya etməyə çalışacaq.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

14 mart

00:00. “Portu” (Portuqaliya) – “İnter” (İtaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun – 0:1

00:00. “Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İlk oyun – 1:1

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir