Martın 16-da Ankarada TDT-nin növbədənkənar zirvə toplantısı keçiriləcək
Martın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) növbədənkənar zirvə toplantısı keçiriləcək.
“Turanın səsi ” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.
“Martın 16-da Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə TDT-nin zirvə toplantısı keçiriləcək. İclasda Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım mövzusu müzakirə olunacaq”, – nazir vurğulayıb.
Qeyd edək ki, TDT-nin sonuncu zirvə toplantısı ötən ilin noyabr ayında Özbəkistanın Səmərqənd şəhərində baş tutub.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI