Türkiyə Konstitusiya Məhkəməsinin sədri: “Ürəyimiz Azərbaycanla döyünür”

0


“Türkiyə olaraq bizim ürəyimiz Azərbaycanla döyünür .

Turanın səsi ” in xəbərinə görə, bunu Türkiyə Konstitusiya Mp sədri Zühtü Arslan Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

O, Türkiyə-Azərbaycan münasibətlərinə də toxunaraq, qardaş ölkələrin bir-birinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Məhkəmə sədri qeyd edib ki, Türkiyə cəmiyyəti Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasından çox məmnundur: “Sizin timsalınızda Azərbaycan xalqını yenidən tarixi torpaqlarına qovuşması münasibətilə təbrik edir və arzulayıram ki, həmin torpaqlarda sonsuza qədər sülh və əmin-amanlıq içində yaşayasınız”.

Z.Arslan Azərbaycan-Türkiyə vəkillər kollegiyalarının sıx əməkdaşlığından məmnunluğunu ifadə edərək, həmkarı Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevlə də daim ünsiyyətdə olduğunu vurğulayıb: “Heç şübhəsiz ki, bizim təməl vəzifəmiz insan hüquqlarını müdafiə etməkdir. Mən həmkarım Fərhad Abdullayevlə daim əlaqə saxlayıram və deyə bilərəm ki, beynəlxalq tədbirlərdə Azərbaycandan hər zaman dəstək görürük”.

A.Bağırov isə səmimi qarşılanma üçün Z.Arslana təşəkkürünü bildirərək, Azərbaycanda məhkəmə-hüquq, həmçinin vəkillik sahəsində aparılan islahatlardan bəhs edib. O qeyd edib ki, Azərbaycanda vəkillərin sayı Türkiyəyə ilə müqayisədə xeyli az olsa da, son vaxtlar 3 dəfə artıb: “Bizim üçün kəmiyyət deyil, keyfiyyət önəmlidir. Ona görə də istəyirik ki, yalnız savadlı və peşəkar hüquqşünaslar vəkillik fəaliyyəti ilə məşğul olsunlar. İnsanlara keyfiyyətli hüquqi yardımın göstərilməsi baxımından bu, çox önəmlidir”.

Azərbaycan vəkilliyinin inkişafında beynəlxalq təcrübə ilə yanaşı, qardaş ölkənin də təcrübəsindən yararlandıqlarını deyən sədr türkdilli ölkələrdə hüquq təcrübəsinin genişlənməsinin vacibliyini vurğulayıb: “Arzu edirik ki, bütün sahələrdə münasibətlərimiz güclənsin”.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir