Bakıda qəzaya düşən kuryer 5 gündən sonra ölüb


Bakıda qəzaya düşən kuryer 5 gündən sonra xəstəxanada ölüb.

Turanın səsi ” in xəbərinə görə, martın 7-də kuryer fəaliyyəti ilə məşğul olan Ələsgərov Məzahir Nofəl oğlu mopedlə Səbail rayonu, Salyan şosesində yolun kənarında dayanmış avtomobilə çırpılıb.

Nəticədə o, aldığı xəsarətlərdən martın 12-də 1 saylı Kliniki tibbi mərkəzində ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir