Azərbaycan Premyer Liqası: “Sabah” “Sumqayıt”ı darmadağın edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib. 

Turanın səsi ” in məlumatına görə, günün ikinci matçında “Sabah” “Sumqayıt”ı təmsil edib. 

Qarşılaşma paytaxt təmsilçisinin 4:0 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin heyətində ilk qolu 45-ci dəqiqədə Coy Lens Mikels vurub. 75-ci dəqiqədə Aleksey Kaşuk fərqlənib. 83-cü dəqiqədə Ceyhun Nuriyev, 90+2-ci dəqiqədə Seymur Məmmədov fərqi daha da artırıb. 

Qələbə sayəsində xallarının sayını 59-a çatdıran “Sabah” ikinci pillədə qərarlaşıb. “Sumqayıt” isə 21 xalla 7-ci sıradadır. 

Qeyd edək ki, günün ilk oyununda “Kəpəz” evdə “Zirə” ilə heç- heçə edib – 1:1. Qeyd edək ki, turun digər oyunlarında martın 11-də “Turan Tovuz” “Qəbələ”ni, “Qarabağ” “Səbail”i qəbul edəcək, ertəsi gün isə “Neftçi” “Şamaxı”nın qonağı olacaq.

18:11

Azərbaycan Premyer Liqasının XXVI turunun “Sabah” – “Sumqayıt” matçında start heyətləri açıqlanıb.

Turanın səsi ” in məlumatına görə, komandalar Masazırda keçiriləcək oyuna aşağıdakı heyətlərlə çıxacaqlar.

“Sabah”: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 13. Abdulaye Ba, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev

“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 21. Nihad Əhmədzadə, 9. Karim Abubakar, 23. Kamran Aliev
Baş məşqçi: Samir Abasov

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir