Xocasən yolunda avtobusun yanması ilə bağlı Baş DYP İdarəsinin MƏLUMATI

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumata görə bugun saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən Meyvəli bazarı istiqamətinə hərəkətdə olan İVECO OTOYOL markalı 90 LR 327 nömrə nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanmışdır. Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala qalmışdır. Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmişlər. Yanğın qısa müddət ərzində söndürülmüşdür. Qeyd olunan yolda hərəkət tam bərpa edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir