“Real Madrid”in futbolçusu klubun acığına “Barselona”ya keçmək istəyir

İspaniya “Real Madrid”inin futbolçusu Marko Asensio klubun əzəli rəqibi “Barselona”ya keçmək istəyir.

Turanın səsi ” xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “kral klubu”nun acığına bu addımı atmaq qərarına gəlib.

Çünki baş məşqçi Karlo Ançelotti ona əsas heyətdə şans vermir və rəhbərlik bu məsələdə mütəxəssisi dəstəkləyir. La Liqanın XXIV turunda “Betis”lə qarşılaşmada (0:0) Ançelotti Asensioya kənarda yarım saat məşq etdirməsinə baxmayaraq, onu meydana buraxmayıb.

Buna qəzəblənən İspaniya millisinin üzvü onun xidmətində maraqlı olan “Barselona” ilə danışıq aparmağa hazırdır. Kataloniya təmsilçisi ulduz futbolçu ilə razılığa gəlsə, Asensio mövsümün sonunda azad agent kimi komandaya qoşulacaq. Çünki hücumameyilli oyunçunun madridlilərlə müqavilə müddəti yayda başa çatacaq.

Qeyd edək ki, Marko Asensio 2014-cü ildən “Real Madrid”də çıxış edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir