Türkiyəli azarkeşlər Ermənistan yığması ilə səfər oyununa buraxılmayacaqlar

Türkiyəli futbol azarkeşləri AVRO-2024-ün seçmə mərhələsində milli komandalarının Ermənistan yığması ilə səfərdə keçirəcəyi oyuna buraxılmayacaqlar.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, UEFA-nın xüsusi qərarına əsasən, martın 25-də I tur çərçivəsində “Vazqen Sarkisyan” stadionunda baş tutacaq qarşılaşmada qonaq komanda azarkeş dəstəyi olmadan çıxış edəcək.

Qeyd edək ki, bu komandalar arasında Türkiyədəki oyun sentyabrın 8-də olacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir