Liqa 1: PSJ “Nant” üzərində inamlı qələbə qazanıb

Fransa Liqa 1-in 26-cı turunda PSJ-nin “Nant”ı qəbul etdiyi matç başa çatıb.

Turanın səsi ” xəbər verir ki, görüş Parisin “Park des Prens” stadionunda baş tutub.

Matçın baş hakimi Jeremi Stinin start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənib. Bu görüşdə meydan sahibləri 4:2 hesabı ilə qələbə qazanıb.

Parislilər görüşün 12-ci dəqiqəsində artıq önə keçiblər – argentinalı hücumçu Lionel Messi fərqlənib. Beş dəqiqə sonra qonaqların müdafiəçisi Jauen Adjam topu öz qapısına göndərərək PSJ-nin üstünlüyünü artırıb. 31-ci dəqiqədə “Nant” Lüdovik Blasın qolu sayəsində fərqi azaldıb, 7 dəqiqə sonra isə hesabı bərabərləşdirib – İqnatius Qanaqo qola imza atıb. 60-cı dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Danilo Pereyra Kilian Mbappenin ötürməsi ilə komandasını irəli çıxarıb. 90+2-ci dəqiqədə Mbappe görüşün yekun nəticəsini müəyyənləşdirib – 4:2.

Görüşün nəticəsində meydan sahibləri 63 xal toplayıb və ikinci pillədə qərarlaşan “Marsel”lə fərqi 11 xal çatdırıblar. 28 xalı olan “Nant” isə 13-cü pillədə qalıb.

Çempionatın növbəti turunda PSJ “Brest” (11 mart), “Nant” isə “Nitsa” (12 mart) ilə qarşılaşacaq.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir