Sabirabadda pambıq zavodunda yanğın zamanı FHN-in 18 əməkdaşı tüstüdən zəhərlənib

0

Sabirabadda pambıq zavodunda yanğın zamanı Fövqəladə Hallar Nazirliyini (FHN) 18 əməkdaşı tüstüdən zəhərlənib.

Turanın səsi ” in məlumatına görə, ötən gün axşam saatlarında rayonun Axtaçı Muğan kəndində yerləşən pambıq qəbulu və emalı zavodunda yanğın söndürülən zaman FHN-nin 20 nəfər əməkdaşı tüstüdən zəhərlənib.

Tüstüdən zəhərlənənlər Sabirabad sakinləri: Güləliyev Arif Elçin oğlu – 1998-ci il təvəllüdlü, Dadaşlı Allahşükür Baladadaş oğlu (1999), İsayev Şamo Şakir oğlu (1990), Ağayev Elman Telman oğlu (1982), Axundzadə Nurlan Aydın oğlu (1991), Səmədov Rail Əflan oğlu (1982), Abdullayev Vüqar Əkbər oğlu (1988), Qubadov Vüsal Ramiz oğlu (1981), Teymurov Anar Şahin oğlu (1988), Nağıyev Əlimövsüm Adil oğlu (1982), Ağayev Ələsgər Möhlət oğlu (1984), Zeynalov Kənan Lazım oğlu (1995), Əliyev Murad Həsənağa oğlu (1986), Əsgərov Səftər Qəhrəman oğlu (1991), Vəliyev Rəşad Nəbi oğlu (1982), Zeynalov Şəmistan Namiq oğlu (1993), habelə Neftçala sakini Həbibov Tərlan Adbalaoğlu (1991), Hacıqabul sakini Rəhimov Feyruz Firuz oğludur (1983).

Tüstüdən zəhərlənən və göz almacıqlarından zədələnənlər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra əksəriyyəti ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir