FHN-in növbəti humanitar yardımından ibarət üçüncü avtomobil karvanı Türkiyəyə çatıb (video, foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 11 fevral tarixində yola salınmış Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını aparan 9 yük avtomobilindən ibarət üçüncü karvan bu gün qardaş ölkəyə çatıb.
Kahramanmaraş rayonuna gələn çadır və qızdırıcılardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Bu barədə “Turanın səsi “ nə FHN-ın mətbuat xidmətindən bildirilib.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir