Polşalı futbolçu “Qarabağ”la oyunu buraxacaq
![](https://turaninsesi.az/wp-content/uploads/2023/02/FB_IMG_1676180743745.jpg)
Belçikanın “Gent” klubunun futbolçusu Kamil Pyontkovski Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu buraxacaq.
“Turanın səsi “ “Voetbalkrant” nəşrinə istinadən xəbər verir ki, buna 23 yaşlı müdafiəçinin çempionatın XXV turunda “Vesterlo” ilə 3:3 hesablı heç-heçə etdikləri matçda zədələnməsi səbəb olub.
52-ci dəqiqədə polşalı oyunçunu Yens Petter Hauge əvəzləyib.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq. Daha əvvəl Darko Lemayiçin hər iki matçda iştirak etməyəcəyi dəqiqləşib.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI