“Neftçi” Türkiyəyə yardım göndərib


“Neftçi” Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün yardım göndərib.

 “turanın səsi” in xəbərinə görə klubun bazasında yardım üçün hazırlanmış qutuların daşınmasında futbolçular da iştirak ediblər.

Kapitan Emin Mahmudov, həmçinin, digər oyunçular Azər Salahlı, Höccət Haqverdi, Kilan Lebon, Vojislav Stankoviç və Mərt Çelik işçilərə kömək ediblər.

Qeyd edək ki, ən son məlumata əsasən fevralın 6-da baş verən zəlzələdə 12 873 insan vəfat edib, 62 937 insan isə yaralanıb.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir