Adil Əliyev yeni dərs ilinin başlanması münasibətilə, içərisində şəhid və qazi övladları da olmaqla 150 nəfər məktəbli ilə görüş keçirdi
Yeni dərs ilinin başlanması münasibətilə, içərisində şəhid və qazi övladları da olmaqla 150 nəfər məktəbli ilə görüş keçirtdik. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi “Uşaqlar bizim gələcəyimizdir”, hər birimiz də öz növbəmizdə uşaqlar üçün daha gözəl gələcək qurmaq üçün əlimizdən gələni etməliyik .
Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsində aparılan genişmiqyaslı fəaliyyət uğurlu nəticəsini verməkdədir. Bu gün minlərlə azərbaycanlı gənci dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinə qəbul olur və dövlət hesabına təhsil alırlar.
Məktəblilərimizin təhsili qədər, onların vətənpərvər ruhda tərbiyəsi də dövlətimiz üçün vacibdir. Məhz bu ali ruhda böyümüş Azərbaycan gəncliyi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun tərkibində Vətən müharibəsində iştirak etdi, tarixi torpaqlarımızı düşmən işğalından birdəfəlik azad edərək, bizə tarixi Qələbə bəxş etdi.
Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına imkan vermədi. Qazi və şəhidlərimizin bizə əmanət olan ailələrinin sosial vəziyyəti və rifahı da hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Dövlət başçısının yürütdüyü siyasətə, verdiyi tapşırıqlara uyğun olaraq qazilərimizi və şəhid ailələrini, onların övladlarını qayğı ilə əhatə etmək, eləcə də bütün uşaqları qorumaq hər birimizin vətəndaşlıq vəzifəsidir.
Tədbirin sonunda məktəblilələrimizi yeni dərs ili münasibətilə bir daha təbrik edərək, məktəbli formalarını, dərs çantalarını və digər hədiyyələri təqdim etdik. Bütün təhsilalanlara təhsil həyatında uğurlar arzu edirəm və hər birinin layiqli Azərbaycan vətəndaşı kimi formalaşacağından əminəm deyərək Adil Əliyev vurğulayıb.
Arzu Paşaqızı : Təsisçi və baş redaktor .
BİZİMLƏ ƏLAQƏ : 051 777 82 09