Deputat : “Baş verənlər onu göstərir ki, səfirliyə edilən xain hücum əvvəldən hazırlanıb”
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İrandakı səfirliyinə terror hücumu qətiyyətlə pislənilib.
“Turanın səsi ” in məlumatına görə, deputat Elnur Allahverdiyev çıxışında bildirib ki, müstəqillik qazanandan bu yana Azərbaycan daim terrorla mübarizə aparır.
O xatırladıb ki, son belə hadisə Azərbaycanın Tehrandakı səfirliyində qeydə alınıb: “Baş verənlər onu göstərir ki, səfirliyə edilən xain hücum əvvəldən hazırlanıb. Bu işdə İranın birbaşa məsuliyyəti var. 44 günlük Vətən müharibəsindən sonra qazanılan qələbədən sonra İran naməlum səbəbdən Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı aqressiya nümayiş etdirir. Həmçinin erməni sepratizminə daim dəstək verir, sərhədlərimizdə hərbi təlimlər də keçirir. Ümumilikdə Tehrandakı səfirliyinə edilən terror hücumu əsaslı şəkildə araşdırılmalı və məsələ ört-basdır edilməməlidir. Əgər İran müsəlman ölkəsi olaraq xalqın gözündən düşmək istəmirsə, mütləq şəkildə cinayətkar və onlara dəstək verənlər layiqli cəzasını tapmalıdır”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09