Tikintisi qanunsuz davam etdirilən obyekt FHN tərəfindən sökülüb (video, foto)
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu barədə “Turanın səsi “ nə FHN-ın mətbuat xidmətindən bildirilib.
Belə ki, bir müddət əvvəl Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində müvafiq icazəverici sənədləri olmadığına, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulduğuna görə tikintisi dayandırılmış obyektdə günün qaranlıq vaxtından və qeyri-iş günlərindən istifadə edərək yenidən tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı yenidən alınıb və obyekt sökülüb .
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09