Baş nazir Mədəniyyət Nazirliyi ilə bağlı qərar imzalayıb
Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru kollegiyadan çıxarılıb.
Respublika Kino Agentliyinin Baş direktoru nazirliyin kollegiyasına daxil edilib.