Təhsil İnstitutu: Metodistlər özlərini inspektor kimi aparıb

2021-ci ildə metodkabinələrin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı monitorinq aparılıb. Təəssüf ki, nəticələr çox da ürəkaçan deyil.Turanın səsi xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib

O bildirib ki, bu illər ərzində metodistlər özlərini inspektor kimi aparıb, məktəbə sırf yoxlama və ya hansısa göstərişi vermək üçün gediblər:

“Sistem tamamilə yenidən qurulmalı, məktəblərin daxilində metodik xidmət qurulmalıdır. Həmçinin bu istiqamətdə proqram hazırlanmalı və regional idarələr vasitəsilə məktəblərə çatdırılmalıdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir