UEFA transfer qaydalarını dəyişəcək

UEFA transfer qaydalarını dəyişməyi planlaşdırır.

Turanın səsi ” “Daily Mail”ə istinadən xəbər verir ki, buna səbəb İngiltərə klubu “Çelsi”nin oyunçu keçidləri zamanı yararlandığı metodun digər klublar tərəfindən tənqid olunmasıdır.

Ukraynalı futbolçu Mixail Mudriki heyətinə qatan London təmsilçisi razılığa əsasən, transfer pulunu Donetsk “Şaxtyor”una 8 il ərzində hissə-hissə ödəyəcək. “Zadəganlar” bununla maliyyə feyr-pley qaydalarını pozmaqdan qurtulurlar.

FIFA-nın nizamnaməsinə görə, ödəniş maksimum beş ili əhatə edə bilər. Ancaq “Çelsi” bu mənada istisna olub. Qayda dəyişikliyi paytaxt klubunun son keçidlərinə şamil edilməyəcək.

Qeyd edək ki, “Çelsi” Mixail Mudriki “Şaxtyor”dan 70+30 milyon avroya transfer edib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir